Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan millisi Ermənistan həndbolçularını məğlub edib

17 İyun 2017
Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı davam edir.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan millisi 9-16-cı yerlər uğrunda görüşdə Ermənistan yığması ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 21:7. Matçın ikinci hissəsində də üstünlüyü davam etdirən komandamızın əvəzedici heyəti 18:14 hesabı ilə qalib gəlib. Ümumi hesabda rəqibini 39:21 hesabı ilə məğlub edən həndbolçularımız turnirdə ikinci dəfə meydandan qalib ayrılıblar.