Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bankların məcburi ehtiyat saxlaması qaydasına dəyişiklik edilib

16 İyun 2017
Pul təklifi üzərində nəzarətin gücləndirilməsi və qiymət sabitliyinin dəstəklənməsi, eləcə də pul siyasətinin effektivliyinin artırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalıdır.

Bu dəyişiklik 2017-ci il avqustun 1-dən qüvvəyə minəcək.