Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib

13 İyun 2017
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoydu, xatirəsinə dərin ehtiramını bildirdi.
Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verdi.
Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına minnətdarlıq etdi.