Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

13 İyun 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

AZƏRTAC xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri səfər çərçivəsində Bakıda keçirəcəkləri görüşlər barədə dövlətimizin başçısına məlumat verdilər.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olundu, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı.