Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

12 İyun 2017
İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uellsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Sədr qeyd edib ki, 25 ildir ölkələrimiz arasında diplomatik münasibətlər mövcuddur. Ticari, siyasi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var.

Avstraliyalı nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. Konçetta Fierravanti-Uells Azərbaycan ilə Avstraliyanın parlamentləri arasında münasibətlərin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.