Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əbülfəs Qarayev: Ölkəmizə gələn turistlərin sayında 30 faiz artım var

08 İyun 2017
Ötən ilin may ayında ölkəmizə 174 min turist gəlib. Bu ilin mayında isə bu rəqəm 211 min təşkil edir. Bu da onu göstərir ki, kifayət qədər artım olub.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşündə açıqlayıb.

Nazir vurğulayıb ki, ötən ilin 5 ayı ərzində ümumilikdə ölkəmizə gələnləri sayı 768 mindir. Bu ilin 5 ayında isə 956 min turist ölkəmizə səfər edib. Bu da təxminən 30 faiz artım deməkdir.