Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda yay turizm mövsümü iyunun 15-də açılacaq

08 İyun 2017
Son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət göstərilir. Turizm infrastrukturunun yenidən qurulması istiqamətində ciddi işlər görülür. Xarici turistlərin ölkəmizə daha çox cəlb olunması üçün mühüm layihələr reallaşdırılıb. Artıq ilin bütün fəsillərində turistlərin Azərbaycana gəlib istirahət etmələri üçün hər cür imkan yaradılıb. Bu il Azərbaycanda yay turizm mövsümü iyunun 15-də açılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, sentyabrın 15-dək davam edəcək yay turizm mövsümü müddətində ölkəmizə gələn turistlərin sayında ciddi artım gözlənilir.

Ə.Qarayev vurğulayıb ki, xüsusilə Rusiya və ərəb ölkələrindən ölkəmizə gələn turistlərin sayında artım gözlənilir. Bu turistləri yalnız Bakı şəhərində deyil, regionlarda da maraqlı turlar gözləyir.