Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gözəllik bərpa olunub

04 İyun 2017
Ölkəmizin iqtisadi qüdrəti artdıqca  şəhərlərlə yanaşı  bölgələr də gündən-günə gözəlləşir. Söz yox ki, bu gözəlliklər xarici turistləri daha çox özünə cəlb edir və hər il minlərlə xarici ölkə vətəndaşı Azərbaycana dincəlməyə gəlir. Belə məkanlardan biri Göygöldür. Uzun illərdən sonra öz qapılarını insanların üzünə açan Göygöl Milli Parkı ilin bütün fəsillərində adamla dolu olur. Sıx meşələri, buz bulaqları ilə insanlara rahatlıq gətirən bu cənnətməkanda bir dəfə dincələn yenidən bura gəlmək istəyir. 

Onu da deyim ki, Gəncə-Göygöl yolunun üstündə çox sayda yöndəmsiz köşklər, iaşə obyektləri fəaliyyət göstərirdi.  Xüsusilə həmin ərazilərdə yaşayan sakinlər tərəfindən yol kənarlarında alaçıqların düzəldilməsi və burada alver edilməsi  bölgənin gözəlliyinə xələl gətirirdi. Göygöl rayonuna məxsus Aşıqlı, Yeni Zod və Toğanalı kəndlərinin ərazisində yöndəmsiz köşklər daha çox idi.  Belə obyektlər  nəqliyyat vasitələrinin hərəkətinə də mane olurdu.  

Artıq bu problemə də əncam çəkilib.  İndi Göygöl Milli Parkına gedən yolun üstündəki alaçıqlardan əsər-əlamət yoxdur. Ərazi normal hala salınıb, təbiətin gözəlliyi bərpa olunub.

                                                                

Vüqar CƏFƏROV,

Gəncə