Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”sində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

27 May 2017
 

Qərar № 3/12

 

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 578-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 may 2017-ci il tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci,  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/24 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.3-cü bəndində “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözləri “maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

26.05.2017