Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kişi voleybolçuların qrup oyunları başa çatdı

20 May 2017

Azərbaycan komandası yarımfinalda mübarizə aparır

 

Mayın 19-da kişi voleybolçuların mübarizəsi davam edib. Bununla da həm “A”, həm də “B” qrupunda yarışlar başa çatıb.

Dünən ilk oyunlar “A” qrupunda keçirilib. İlk oyunda isə Türkiyə və Fələstin yığmaları qarşılaşıblar. Daha inamlı oyun nümayiş etdirən Türkiyə millisi birinci setdə 25:15, ikinci setdə 25:8, üçüncü setdə isə 25:6 hesabı ilə qələbə qazanıb. Bununla da Türkiyə millisi qrup oyunlarını ikinci yerdə başa vurub.

“A” qrupunun digər oyununda Türkmənistan və Pakistan yığmaları qarşı-qarşıya gəliblər. Birinci və ikinci setlərdə pakistanlılar qalib gəliblər. Üçüncü setdə isə Türkmənistan millisi inamlı oynayıb və 26:24 hesabı ilə qələbə qazanıb. Dördüncü setdə pakistanlılar 25:21 hesabı ilə üçüncü qələbələrini qazanaraq oyundan qalib ayrılıblar.

Xatırladaq ki, Azərbaycan komandası “A” qrupunun lideri kimi yarımfinala vəsiqə qazanıb. 

“B” qrupunun ilk oyununda Qətər və Mərakeş yığmaları qarşılaşıblar. Gərgin keçən mübarizə mərakeşlilərin qələbəsi ilə başa çatıb. Digər oyunda isə Əlcəzair millisi Səudiyyə Ərəbistanının komandasından üstün olub. “B” qrupunun birincisi isə İran voleybolçularıdır.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”