Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məhəmməd Müslümov İslamiadada gümüş medalla kifayətlənməli olub

19 May 2017
 

Mayın 19-da Azərbaycan pəhləvanı Məhəmməd Müslümov İslamiadada sərbəst güləş yarışlarının finalında İran təmsilçisi Meysam Nasiriyə 3:5 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva final görüşünə baxıb.