Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İdmançılarımız 3 metr hündürlükdən sinxron suyatullanma yarışında bürünc medala layiq görülüblər

19 May 2017
Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 3 metr hündürlükdən sinxron suyatullanma yarışının final mərhələsində çıxış edən Azərbaycan atletləri Artyom Danilov və Dmitri Sorokin üçüncü yeri tutublar.

AZƏRTAC xəbər verir ki, idmançılarımız toplam 297,90 xalla İslamiadanın bürünc medalına layiq görülüblər.

Yarışın qızıl medalını isə 334,08 xalla iranlı Şahnam Nazarpour-Mojtaba Valipour dueti qazanıb. Gümüş medala 330,30 xalla indoneziyalı Tri Priambodo və Rafi Aldiansyah sahib olublar.