Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslamiada: Kişi voleybolçuların yarışında “A” qrupunun qarşılaşmaları başa çatıb

19 May 2017
Mayın 19-da kişi voleybolçuların yarışında qrup mərhələsinin sonuncu oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “A” qrupunda yer alan Türkiyə və Fələstin yığmaları qarşılaşıblar. Türkiyə millisi hər üç setdə böyük fərqlə qələbə qazanıb - 25:15, 25:8, 22:6. Fələstin yığması sonuncu set başa çatmamış qarşılaşmanı davam etdirmək istəməyib. Beləliklə, Türkiyə voleybolçuları oyunda 3:0 hesabı ilə qalib gəlib.

Bu qrupun digər oyununda Türkmənistan və Pakistan yığmaları mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Pakistan voleybolçuları oyunu öz xeyrinə başa vurublar - 3:1. İlk iki seti (25:22, 25:22) aktivinə yazdıran pakistanlı voleybolçular üçüncü setdə 24:26 hesabı ilə məğlub olublar. Lakin Pakistan millisi dördüncü setdə gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıb.