Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadiyyat naziri Goranboyda vətəndaşları qəbul edəcək

19 May 2017
Mayın 20-də iqtisadiyyat naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərlərindən və Goranboy rayonundan olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Dədə Qorqud küçəsi 27) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Gəncə-Qazax regional bölməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, inzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78, (050) 395-91-97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.