Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gündə 20 dəqiqə gəzməyin faydaları araşdırılıb

18 May 2017
ABŞ alimləri sübut ediblər ki, gündə 20 dəqiqə gəzmək orqanizmdə iltihabi proseslərin azalmasına kömək olur.

AZƏRTAC www.medvesti.com saytına istinadla xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatlarda iştirak edən 47 könüllü hər gün 20 dəqiqə yüksək templə gəzib. Gəzintidən sonra isə tədqiqat iştirakçılarının qan analizləri aparılıb və hərəkət etdikdən sonra iştirakçıların qanlarında iltihabi markerlərin 5 faiz aşağı düşdüyü müəyyən edilib.

Araşdırmaların rəhbəri Süzi Xonq bildirib: “Hər dəfə idman etdikdə biz öz orqanizmimiz, həmçinin immun hüceyrələrimiz üçün xeyirli bir iş görmüş oluruq”.

Həkimlər bildiriblər ki, fiziki aktivlik zamanı orqanizmdə hormon istehsalı artır bu da immun sisteminə müsbət təsir göstərən beta-2 andrenoreseptorları aktivləşdirir.

Onlar orqanizmi çox yormağı məsləhət görmürlər. Belə ki, tibb işçilərinin sözlərinə görə, gündə 15-20 dəqiqə yüksək templə gəzmək orqanizmdə iltihabi prosesin aradan qalxmasına kömək edə bilər.