Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əhalinin banklardakı əmanətlərinin 78,6 faizi xarici valyutada qoyulub

18 May 2017
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azalaraq 6911,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 78,6 faizi xarici, 21,4 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76,1 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,71 (ilin əvvəlindən 1,76) manata, 1 avroya - 1,83 manata (1,88), 100 rus rubluna 3,02 manata (3,02) bərabər olub.