Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadiyyatın qeyri-neft bölməsində 1,9 faiz artım olub

18 May 2017
 

Dövlət Statistika Komitəsi cari ilin yanvar-aprel ayları üzrə ölkədə istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) haqqında məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, qeyd edilən müddətdə ölkədə 20 milyard 139,8 milyon manatlıq ÜDM istehsal edilmişdir. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artmışdır. Cari ilin 4 ayı ərzində ümumi daxili məhsulun 44,6 faizi sənaye, 11 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi tikinti, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 14 faizi digər sahələrdə istehsal edilmiş məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM isə 2075,5 manata bərabər olmuşdur.