Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qeyri-neft sektoruna 1,5 milyard manatdan çox vəsait yönəldilib

18 May 2017
 

Cari ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 533,4 milyon manat vəsait yönəldilmişdir.

Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumatda bildirilir ki, həmin vəsaitin 2 milyard 982 milyon manatı neft, 1 milyard 551,4 milyon manatı qeyri-neft sektorlarına yönəldilmişdir. Ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 83,9 faizi məhsul istehsalı, 11,2 faizi xidmət sahələri obyektlərinin, 4,9 faizi ümumi sahəsi 506,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisində istifadə olunmuşdur. Bu dövrdə daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 36,5 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8, bank kreditləri 10,8, büdcə vəsaitləri 10,3, əhalinin şəxsi vəsaitləri 4,4, büdcədənkənar fondların vəsaitləri 1,2, digər vəsaitlər 0,5 faiz olmuşdur.

İlin əvvəlindən Naxçıvan Muxtar Respublikasında 2136 şagirdlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Saatlı rayonunda “Sarıcalar” elektrik yarımstansiyası, Yevlax şəhərində Varvara Balıqartırma müəssisəsi istifadəyə verilmişdir.   

 

“Azərbaycan”