Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Amerikalı alimlər “danışan” kağız hazırlayıblar

16 May 2017
ABŞ alimləri tarixdə ilk dəfə “danışan” kağız hazırlayıblar.

AZƏRTAC “argumenti.ru” saytına istinadla xəbər verir ki, fiziklər mexaniki dalğaları səs və ya cərəyana çevirən yastı və çevik parça kəşf ediblər. Ekspertlər hesab edirlər ki, tezliklə bu ixtira sayəsində “danışan” qəzet və jurnallar dərc etmək mümkün olacaq.

Beləliklə, yaxın gələcəkdə nəşrin istənilən nömrəsi oxucularla ünsiyyət quracaq, onların suallarını dinləyib cavablandıracaq.