Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Gürcüstan transsərhəd marşrutunun genişləndirilməsi turizmin inkişafına töhfə verəcək

06 May 2017
Azərbaycan-Gürcüstan transsərhəd marşrutunun genişləndirilməsi turizmin inkişafına töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Mədəniyyətlərarası dialoq üçün Avropa Şurasının mədəni marşrutlar şəbəkəsi" mövzusunda sessiyada mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Nazir müavini bildirib ki, sessiyanın mövzusu Azərbaycan üçün əhəmiyyətlidir. Hesablamalara görə, 2030-cu ildə dünyada 1,8 milyard turist olacaq. Bu, qarşıdakı illərdə turizmin daha da inkişaf edəcəyini deməyə əsas verir.

N.Səmədov qeyd edib ki, Azərbaycan-Gürcüstan transsərhəd marşrutu Qafqaz mədəniyyətinin inkişafında vacib rola malikdir. Bu marşrut daha da inkişaf etdirilərək turizmin inkişafına töhfə veriləcək.

"Azərbaycan tarixi abidələr, təbiət mənzərəsi olan məkanlarla zəngindir. Hər il ölkəmizə üz tutan turistlərin sayı artır və onlar Azərbaycanın turizm potensialının şahidi olurlar", - deyə nazir müavini vurğulayıb.