Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qalaaltı” və “Şahdağ” dünya şöhrətli Azərbaycan brendləridir

30 Aprel 2017
 

Vətənimiz gözəl, səfalıdır. O cümlədən şimal bölgəsi. Xızı, Xaçmaz, Quba, Qusar rayonlarının hər birinin ərazisində təkrarsız təbiət mənzərələri, tarixi-mədəniyyət abidələri var.

Ona görə də təsadüfi deyil ki, istər yerli, istərsə də əcnəbi turistlərin bu yerlərə marağı ilbəil artır. Son illər turizm biznesi ilə məşğul olanların sayı da çoxalıb: dünya standartlarına və tələblərinə cavab verən iri, həmçinin hər seqmentdə orta-kiçik turizm obyektləri açılıb. “Şahdağ” qış-yay turizm, “Qalaaltı” müalicə və istirahət kompleksləri artıq dünya şöhrətli Azərbaycan brendidir desək, yanılmarıq. Belə komplekslərin sayı şimal bölgəsində kifayət qədərdir. Turizm xidmətləri göstərən ailə biznesi də formalaşmaqda, vüsət almaqdadır. İndi əsas məsələlərdən biri bu potensialı dünyaya tanıtmaqdan, bura turist cəlb etməkdən, tələb artdıqca sahəni genişləndirməkdən ibarətdir. Belədə ölkəyə valyuta daxilolmaları, əhalinin məşğuliyyəti, maddi gəlirləri artacaq, rifahı yüksələcək.

 

Aslan VƏLİMƏTOV,

Qusar rayonunun sakini