Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni hemodializ mərkəzi xəstələrə rahatlıq gətirib

30 Aprel 2017
 

Son illər ölkə iqtisadiyyatında qazanılan uğurlar səhiyyəmizin də inkişafına müsbət təsir göstərib. Bunu yaşadığım Göygöl rayonunun timsalında da görmək olar.

Əvvəllər rayon sakinləri müayinədən keçmək və müalicə olunmaq üçün şəhərin müxtəlif yerlərində olan tibb ocaqlarına getmək məcburiyyətində qalırdılar. Köhnə binalarda yerləşən səhiyyə müəssisələri artıq müasir mərkəzi rayon xəstəxanasında yerləşdirilib. Mən 10 ildir ki, dializ xəstəsiyəm. Həftədə 3 dəfə müalicə olunmaq üçün Yevlax şəhərinə getməli olurdum. Bu isə dializ olunan insan üçün həddindən artıq yol yorğunluğu, əlavə xərc deməkdir. İndi mənim və mənim kimi digər xəstələrin əzab-əziyyətinə son qoyulub. Rayonumuzda 10 nəfərin eyni vaxtda dializ olunması üçün mərkəz yaradılıb. Xəstələr rahat şəkildə müəyyənləşdirilmiş cədvəl üzrə mərkəzə gedir, vaxt itirmədən dializ olunurlar. Bizə bu şəraiti yaradanlara minnətdarlığımızı bildiririk. 

 

Tahirə MƏMMƏDOVA,

Göygöl rayonunun sakini