Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Narahatlığa son qoyulur

30 Aprel 2017
 

Bərdə-Ağcabədi avtomobil yolu, demək olar ki, yararsız hala düşmüşdü. İşimlə bağlı mən bu yolu tez-tez gedib-gəlməli olduğumdan buradakı vəziyyətin daha da pisləşdiyinin şahidi olurdum.

Ancaq ölkəmizdə yol infrastrukturunun sürətlə yeniləndiyini gördüyümdən əmin idim ki, tezliklə bu yol da təmir ediləcək. Budur, gözlədiyimiz gün gəlib çatıb: artıq neçə aydır ki, bu istiqamətdə qızğın iş gedir. Yolun inşasına çoxsaylı maşın-mexanizm cəlb edilib. Tikinti bir neçə növbədə sürətlə aparılır. Özü də burada çalışanların əksəriyyəti yerli sakinlərdir. Öyrənmişəm ki, onlara verilən əməkhaqqı da yüksəkdir. Bütün bunlar hamısı yaxşıdır və hər kəsdə razılıq, minnətdarlıq hissi doğurur.

Biz də narahatlığımıza son qoyub gediş-gəlişimizi yüngülləşdirən insanlara əliniz-qolunuz var olsun, yorulmayasınız deyirik.

 

Novruz SALAHOV,

Bərdə rayonunun sakini