Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ə.C.Seyidovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

26 Aprel 2017
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Əziz Cəfər oğlu Seyidov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri,  25 aprel 2017-ci il