Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səbəbini demədən hər həftə qazı kəsirlər

23 Aprel 2017
 

Ölkəmiz inkişaf etdikcə keçmişdən  qalan problemlər də öz həllini tapır. Yaşayış məntəqələrinə təbii qazın verilməsinin bərpası da həlli vacib məsələlərdən idi.

İndi nəinki mərkəzi şəhərlərin, eləcə də ən ucqar kəndlərin qazlaşdırılması uğurla həyata keçirilir. Qazla təmin edilməyən yaşayış məntəqələri çox azdır. Yaxın gələcəkdə bütün ölkə tamamilə təbii qazla təmin ediləcək.

Lakin qaz təminatı ilə bağlı arzuolunmaz hallarla da qarşılaşırıq. Yaşadığımız ünvan şəhər mərkəzindən o qədər də uzaqda deyil. Ancaq həftədə bir gün qazın kəsilməsi sakinlər arasında həm narahatlıq, həm də təhlükə yaradır. Səbəbini soruşanda deyirlər ki, təmir işləri gedir. Bəs, bu təmir nədən ibarətdir sualına cavab verən yoxdur. Başa düşə bilmirik, məgər, hər həftə təmir işləri aparılır? Aparılırsa, niyə iş birdəfəlik sona çatdırılanadək davam etdirilmir? Ümumiyyətlə, o necə təmirdir ki, yalnız həftənin bir günü görülür?

 

Firuddin CƏFƏROV,

Gəncə şəhəri, Atatürk prospekti, ev 133