Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın cüdoçuları Avropa çempionatında 1 qızıl və 1 bürünc medal qazanıblar

21 Aprel 2017
 

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatının ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Millimiz aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rüstəm Orucov bürünc medala sahib olub. 81 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov isə mübarizəni erkən dayandırıb.

Yarışın ilk günündə Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar.

Aprelin 22-də daha dörd cüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşaqi Kokauri (100 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.