Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstan: yaraqlıların hərbi bazaya hücumu zamanı 50-dən çox insan həlak olub

21 Aprel 2017
 

“Taliban” yaraqlıları Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığındakı hərbi bazaya hücum ediblər.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hücum zamanı 50-dən çox insan həlak olub. Bu barədə ABŞ hərbi komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas məlumat verib.

“İlkin məlumata görə, hücumun hədəfi əfqan hərbçilərinin və ola bilsin ki, bazada işləyən mülki şəxslərin toplaşdığı məscid və yeməkxana olub”, - deyə Tomas brifinqdə bildirib. Onun sözlərinə görə, hücum edənlərin bir neçəsi cavab atəşi ilə öldürülüb.

Hücum zamanı ABŞ koalisiyasının hərbi qulluqçularının zərər çəkmədiyi bildirilir.