Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin deputatları Çexiyada səfərdə olacaqlar

21 Aprel 2017
Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Mahir Aslanov, İqbal Məmmədov, Elçin Quliyev Çexiya parlamentinin kənd təsərrüfatı komitəsinin sədri Yaroslav Faltinekin dəvəti ilə aprelin 23-dən 26-dək Praqada səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı deputatlarımız Çexiya parlamentinin rəhbərliyi, aqrar komitənin üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə kənd təsərrüfatı sahəsinin qanunvericilik bazasının təkmilləşdirilməsi, habelə əməkdaşlıq əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Deputatlar, həmçinin Çexiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış müxtəlif şirkətlərinin, o cümlədən “AGROFERT” konserninin fəaliyyəti, iş təcrübəsi ilə yaxından tanış olacaqlar.