Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müntəzəm velosipedlə gəzinti vaxtsız ölüm riskini azaldır

21 Aprel 2017
 

Velosiped sürmək uzun ömür şansını artırır. AZƏRTAC “Komsomolskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Qlazqo Universitetinin alimləri tədqiqatlar nəticəsində bu qənaətə gəliblər.

Hər gün velosiped sürmək, məsələn, işə və evə velosipedlə getmək vaxtsız ölüm riskini 40 faiz, xərçəngə tutulmaq ehtimalını 45 faiz, habelə ürək-damar xəstəliklərinin inkişaf riskini 50 faiz azaldır. Böyük Britaniyanın Qlazqo Universitetinin alimləri 250 mindən çox orta yaşlı insanın sağlamlıq durumunu beş il ərzində müşahidə ediblər. Məlum olub ki, velosiped sürmək həm kişilərin, həm də qadınların sağlamlıq durumuna yaxşı təsir göstərir.

Alimlər yerimənin də faydalı olduğunu bildirirlər, amma velosiped qədər deyil. Onlar orta yaşlı adamlara fiziki baxımdan fəal olmağı məsləhət görürlər.