Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nigeriyada elektrik cərəyanı vurması nəticəsində futbol oyununu izləyən 30 nəfər ölüb

21 Aprel 2017
 

Nigeriyanın Cross River bölgəsində Mançester Yunayted-Anderlext oyununu izləyən insanları elektrik cərəyanı vurub. Nəticədə ölənlər və yaralananlar olub.

AZƏRTAC CNN-nə istinadla xəbər verir ki, yüksək gərginlikli elektrik xəttinin altında inşa edilən bir məkanda Avropa liqası qarşılaşmalarını televizorda izləmək üçün toplaşan insanların üzərinə elektrik telləri düşüb.

Hadisə nəticəsində 30 nəfər həyatını itirib, 50 nəfər isə xəsarət alıb.