Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yanvar-martda kənd təsərrüfatının istehsalı 3,5 faiz artıb

21 Aprel 2017
 

2017-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 744,0 milyon manat təşkil edib, onun da 726,6 milyon manatı heyvandarlıq, 17,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0 faiz, bitkiçilik məhsulları üzrə isə 24,6 faiz artıb.