Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Parisdə terror aktı

21 Aprel 2017
Fransanın paytaxtı Parisin mərkəzində, Yelisey meydanında atışma nəticəsində bir polis əməkdaşı həlak olmuş, 2-si yaralanmışdır. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verir.

Prokurorluğun məlumatına görə, hadisə yerində olan bir qadın yüngül xəsarət almışdır. Polis hadisəni törədən şəxsi güllələmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Pyer-Anri Brandenin dediyinə görə, hücum polis əməkdaşlarına qarşı yönəldilmişdi. O bildirmişdir ki, maşından çıxan cinayətkar polis avtomobilinə atəş açdıqdan sonra hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Lakin digər polislərlə qarşılaşdıqda onları yaralamış və cavab atəşi ilə öldürülmüşdür.

Son məlumata görə, İŞİD terrorçu qruplaşması Parisdə baş vermiş hadisəyə görə məsuliyyəti üzərinə götürmüşdür. Ekstremistlər iddia edirlər ki, terror aktını Belçika vətəndaşı Əbu Yusif həyata keçirmişdir. İŞİD onu “öz döyüşçülərindən biri” adlandırmışdır.