Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Deutsche Bank” yenidən ABŞ-da cərimələndi

21 Aprel 2017
ABŞ Federal Ehtiyat Sistemi “Deutsche Bank”ı 150,6 milyon dollar məbləğində cərimələmişdir. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Məlumata əsasən, Almaniyanın ən böyük bankı “xarici valyuta bazarlarında təhlükəli hərəkətlər”ə görə cərimə edilmişdir.

Bu, “Deutsche Bank”ın ABŞ-da məruz qaldığı ilk cərimə deyil. Ötən ayın axırlarında Konnektikut ştatının məhkəməsi faiz dərəcələri ilə manipulyasiyaya görə mənzil-qərargahı Londonda yerləşən “Deutsche Bank Group Service” şirkətini 150 milyon dollar məbləğində cərimələmişdir. Bundan əvvəl kredit təşkilatı Rusiya səhmləri ilə həyata keçirdiyi “aynavari sövdələşmələr” sxeminə görə 425 milyon dollar məbləğində cərimə olunmuşdur.

“Deutsche Bank” 2016-cı ili 1,4 milyard avro məbləğində ziyanla başa vurmuşdur. Ziyanın əsas səbəbi ABŞ-da ipoteka kağızları ilə qanunsuz maxinasiyalar barədə ittihamlar olmuşdur. Nəticədə “Deutsche Bank” 7,2 milyard avro məbləğində cərimə və kompensasiya ödəməyə razılıq vermişdir.