Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

FIFA-nın prezidenti Gianni İnfantino “Qarabağ”ı təbrik edib

21 Aprel 2017
 

FIFA-nın prezidenti Gianni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Gianni İnfantino məktubda dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.