Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uçan avtomobilə 1,3 milyon dollar qiymət qoyulub

21 Aprel 2017
Uçan avtomobil “Aeromobil”in satış qiyməti açıqlanıb.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, Slovakiyada formalaşdırılan avtomobil artıq satışa çıxarılıb. Monakoda rəsmi təqdimatı keçirilən uçan avtomobilin qiyməti 1,3 milyon dollar müəyyənləşib. Onun əsas üstünlüyü həm quruda, həm də havada gedə bilməsidir.

Bundan əlavə, müasir dizayna malik olan “Aeromobil”in sürəti quruda saatda maksimum 160 kilometr, havada isə 200 kilometrdir. Kütləsi 450 kiloqram olan idman görünüşlü avtomobil iki nəfərlikdir. Həmçinin uçan avtomobilin iki paraşütü var. Bu, avtomobil havada olarkən yarana biləcək hər hansı problemin qarşısını almağa hesablanıb.

Slovakiyada yerləşən şirkət 20 ildən çoxdur ki, “Aeromobil”in istehsalı üzərində çalışır.