Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib

21 Aprel 2017
 

Aprelin 21-də UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi olub.

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Çempionlar Liqasının yarımfinal mərhələsində görüşəcək komandalar məlum olub.

AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə görə, bu mərhələdə “Real Madrid (İspaniya) komandası Atletiko Madrid” (İspaniya), “Monako” (Fransa) isə “Yuventus”la (İtaliya) qarşılaşacaq.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları mayın 2-də və 3-də, cavab matçları isə bir həftə sonra oynanılacaq.

Çempionlar Liqasının final matçı iyunun 3-də Uelsin paytaxtı Kardifdə baş tutacaq.