Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

21 Aprel 2017
 

Bu gün futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Mərasimdə Avroliqanın bu mərhələsindəki rəqiblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə görə, Avroliqada “Ayaks” (Hollandiya) komandası “Lion”la (Fransa), “Selta” klubu (İspaniya) isə Mançester Yunayted”lə (İngiltərə) üz-üzə gələcək.

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları mayın 4-də, cavab matçları isə mayın 11-də keçiriləcək.