Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xabarovskda Federal Təhlükəsizlik Xidmətinin binasına silahlı basqın olub

21 Aprel 2017
Aprelin 21-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk vilayəti üzrə idarəsinə silahlı basqın olub. Naməlum şəxs texniki nəzarət zonasını keçmədən qəbula gələnlərə atəş açıb. FTX-nin bir əməkdaşı və qəbula gəlmiş iki nəfərdən biri həlak olub, digəri yaralanıb.

Qəbula gələnlərin MDB ölkələrindən birinin vətəndaşları olduğu bildirilir.

 

AZƏRTAC