Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı doqquzuncu dəfə Beynəlxalq Rostropoviç Festivalına ev sahibliyi edəcək

21 Aprel 2017
 

Aprelin 23-dən 27-dək Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.

Festival Azərbaycan Prezidentinin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi və kollektivlər - Rusiyanın əməkdar kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella”, SSRİ Xalq Artisti Yuri Temirkanov və başqaları iştirak edəcəklər.

Festivala aprelin 23-də filarmoniyada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə start veriləcək.