Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar fəaliyyət göstərən könüllülər metrodan pulsuz istifadə edəcəklər

21 Aprel 2017
 

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar rəsmi akkreditasiyadan keçmiş şəxslər və fəaliyyət göstərən könüllülər may ayının 1-dən 30-dək Bakı metrosundan pulsuz istifadə edəcəklər.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a eksklüziv olaraq deyib.

O bildirib ki, artıq vəsiqələrin nümunələri metronun stansiyalarına paylanılıb. May ayının 1-dən etibarən vəsiqələri göstərməklə metrodan pulsuz istifadə etmək mümkündür.