Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sambo üzrə Azərbaycan millisi Avropa birinciliyində daha bir medal qazanıb

21 Aprel 2017
 

Çexiyanın paytaxtı Praqada yeniyetmələr arasında sambo üzrə Avropa birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin ikinci günündə Azərbaycan milli komandası daha 1 medal qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Abdulla Abdullayev (65 kq) bürünc medal qazanıb.

Turnirin ilk günündə Yaşar Nəcəfov (60 kq) və Emin Hüseynov (62 kq) bürünc medala sahib olublar.

Aprelin 21-də yekun vurulacaq yarışda 23 ölkədən 282 samboçu birincilik uğrunda mübarizə aparır.