Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ukraynanın 318 yaşayış məntəqəsi işıqsız qalıb

21 Aprel 2017
 

Ukraynada hökm sürən anomal hava şəraitinə görə 318 yaşayış məntəqəsi işıqsız qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Odessa vilayətində 245, Nikolayevdə 14, Xarkovda 23, Dneprdə 32, Hersonda 3, Zaparojidə 1 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda xüsusi briqadalar həmin yaşayış məntəqələrinə elektrik enerjisinin verilişinin bərpası üçün işlər görürlər.

Aprelin 19-21-də Ukraynanın 6 vilayətindəki 485 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi bərpa edilib.

Ukraynanın sinoptikləri ölkədə anomal hava şəraitinin yaxın bir-iki gün də davam edəcəyini bildiriblər.