Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Serbiyada keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb

21 Aprel 2017
Serbiyanın Respublika Seçki Komissiyası aprelin 2-də keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlayıb və seçkilərdə Baş nazir Aleksandr Vuçiç inamli qələbəni qazanıb.

AZƏRTAC RİA informasiya agentliyinə istinadən xəbər verir ki, yekun nəticələrə əsasən, Aleksandr Vuçiç səslərin 55,08 faizini toplayıb.

Qeyd edək ki, hazırki Prezident Tomislav Nikoliçin səlahiyyət müddəti mayın 31-də bitir. Yeni Prezidentin inauqurasiya mərasiminin vaxtı hələ elan olunmayıb.

Prezidentliyə digər namizədlərdən Saşa Yankoviç səslərin 16,36 faizini, siyasətçi-parodist Luka Maksimoviç isə 9,43 faizini toplayıb.