Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İran IV İslam Həmrəyliyi Oyunlarında 300 idmançı ilə təmsil olunacaq

21 Aprel 2017
 

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına İrandan 300 idmançı qatılacaq.

Bu barədə mətbuata açıqlama verən İranın Milli Olimpiya Komitəsinin sədri Şahrux Şahnazi bildirib ki, atletlər idmanın 16 növü üzrə yarışlarda iştirak edəcəklər. Komitə sədri İran idmançılarının yarışlara yaxşı hazırlaşdıqlarını qeyd edib.

Xatırladaq ki, Ş.Şahnazi daha əvvəl İranın IV İslam Həmrəyliyi Oyunlarında 120 idmançı ilə təmsil olunacağını bildirmişdi.