Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yığmamızın ilk rəqibi məlum oldu

21 Aprel 2017
 

İslamiada çərçivəsində qadın basketbolçuların 3X3 növü üzrə oyunlarının təqvimi müəyyənləşib. Yarışın Əməliyyat Komitəsindən verilən məlumata görə, mayın 18-də start götürəcək yarış 4 gün davam edəcək.

Azərbaycan millisi paytaxtda təşkil olunacaq Oyunlara Türkmənistanla matçla start verəcək. Komandamız həmin gün Əlcəzair komandası ilə də qüvvəsini sınayacaq. Mayın 19-da rəqibimiz Mali və Əfqanıstan olacaq. Bir gün sonra 1/4 finallar, mayın 21-də isə mükafatçılar bəlli olacaq.

Qruplar və təqvim aşağıdakı kimidir:

A qrupu: Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali, Əfqanıstan

B qrupu: İndoneziya, Türkiyə, Suriya, Fələstin, Pakistan

 

18 may

Türkmənistan - Azərbaycan

Əlcəzair - Mali

Türkmənistan - Əfqanıstan

Azərbaycan - Əlcəzair

Mali - Əfqanıstan

İndoneziya - Türkiyə

Suriya - Fələstin

İndoneziya - Pakistan

Türkiyə - Suriya

Fələstin - Pakistan

 

19 may

Türkmənistan - Əlcəzair

Mali - Azərbaycan

Əlcəzair - Əfqanıstan

Mali - Türkmənistan

Azərbaycan - Əfqanıstan

İndoneziya - Suriya

Fələstin - Türkiyə

Suriya - Pakistan

Fələstin - İndoneziya

Türkiyə - Pakistan

 

20 may

1/4 finallar

 

21 may

Yarımfinallar

Bürünc medal görüşü

 

Final

 

“Azərbaycan”