Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın iki cüdoçusu Avropa çempionatında medal qazanıb

20 Aprel 2017
 

Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının dörd üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb. Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, aprelin 21-də daha üç cüdoçumuz - Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaqlar.