Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə və ABŞ prezidentlərinin görüşü mayın 16-17-də olacaq

20 Aprel 2017
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampla görüşünün vaxtını açıqlayıb.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Ərdoğan görüşün mayın 16-17-də Vaşinqtonda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, görüş barədə razılaşma bu yaxınlarda baş tutmuş telefon danışığı zamanı əldə olunub.

Xatırladaq ki, Türkiyə XİN-in başçısı xarici işlər naziri Mövlud Çavuşoğlu dünən ölkəsinin lideri Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın may ayında, NATO-nun sammitinə qədər görüşəcəyinə dair açıqlama vermişdi.