Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi İsrail klubuna qalib gəlib

20 Aprel 2017
İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

AZƏRTAC xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığma komandamız İsrailin “Yehuda” klubu ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 4:1 hesablı qələbə qazanıb.