Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mogerini: London Brexitdən çox itirəcək

20 Aprel 2017
London Avropa İttifaqından (Aİ) çıxmasından digər ölkələrlə müqayisədə daha çox itirəcək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Pekindəki Sinxua Universitetində çıxışı zamanı bildirmişdir.

Mogerini qeyd etmişdir ki, “britaniyalı dostlarımız bizdən daha çox itirəcəklər”. O əlavə etmişdir ki, Böyük Britaniya Aİ-yə mənsubiyyətindən imtina etməli olacaq. Özü də London Birlikdən çıxandan sonra da Aİ dünyada birinci bazar və ikinci böyük iqtisadiyyat olaraq qalacaq.

Xatırladaq ki, ötən ilin yayında keçirilmiş referendum zamanı Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Aİ-dən çıxmasına səs vermişdir.