Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaponiya Transsakit okean tərəfdaşlığını ABŞ-sız qurmağa hazırdır

20 Aprel 2017
Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso ABŞ-ın iştirakı olmadan Transsakit okean tərəfdaşlığı (TST) barədə sazişin gələcəyinə münasibət bildirmişdir. Bu barədə “Kyodo” agentliyi xəbər verir.

Aso Nyu Yorkda çıxışı zamanı qeyd etmişdir ki, regional azad ticarət zonasının yaradılması Amerikasız da mümkündür: “Bu məsələni qurumun yaradılması barədə sənədi imzalamış ölkələrin nazirlərinin Vyetnamda keçiriləcək konfransında rəsmən qaldıracağıq. Hazırda TST ilə bağlı müzakirələri hansı formada davam etdirəcəyimizi müəyyənləşdirməliyik”.

2015-ci ilin oktyabrında təsis edilmiş TST Asiya-Sakit okean regionunun 12 ölkəsini birləşdirir. Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra Amerikanın dünyada ən böyük azad ticarət zonasından çıxdığını elan etmişdir. Ekspertlər bu qərarı Vaşinqtonun geosiyasi və iqtisadi məğlubiyyəti kimi qiymətləndirmişlər.